26 müəllimin dərs yükü niyə azaldılıb? Təhsil Nazirliyi məsələyə aydınlıq gətirdi VİDEO


Digərləri 24 Sen 2018 23:29:00 302 0

26 müəllimin dərs yükü niyə azaldılıb?  Təhsil Nazirliyi məsələyə aydınlıq gətirdi  VİDEO

26 müəllimin dərs yükü azaldılaraq 6 saata endirilib. Üstəlik müəllimlərin əmək müqavilələri dəyişdirilərək bir illik edilib. Son.az bildirir ki, Saatlının əsasən Səməd Vurğun məktəbi olmaqla digər bir neçə məktəbində müəllimlər dərs saatlarının azaldılmasından narazıdılar. Şikayətçi müəllimlər iddia edir ki, onların dərs saatının azaldılmasına səbəb 2013-cü edilən yerdəyişmədir.

Şikayətçi müəllimlər deyir ki, onlar rayon təhsil şöbəsinin daxili əmri ilə yerdəyişmə ediliblər. Nazirlikdən isə müəllimlərə bildirilib ki, onlar yerdəyişməni imtahanla həyata keçirməyiblər. Dərs saatı azaldılan müəllimlər iddia edir ki, onların əksəriyyəti işlərində yüksək nəticə göstəriblər. Amma indi ən az dərs saatı onlara ayrılıb.

Məsələ ilə bağlı Təhsil nazirliyindən isə bildirdilər ki, həmin müəllimlərin dərs yükü imtahanda iştirak etmədiklərinə görə deyil, qaydalara zidd yerdəyişmə edildiyi üçün azaldılıb.