Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 24 Sen 2018 23:36:00 272 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 21-də 80,36 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 0,02 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 21-də 79,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.