BAKIDA ŞOK OLAY: Qohumu maska taxıb 76 yaşlı qadını... VİDEO


Kriminal 24 Sen 2018 23:05:00 227 0

BAKIDA ŞOK OLAY: Qohumu maska taxıb 76 yaşlı qadını...  VİDEO

Üzlərinə maska taxıb evə basqın edən şəxslər 76 yaşlı qadına qarşı quldurluq ediblər. Son.az bildirir ki, hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birində baş verib. Zərərçəkmişin həyat yoldaşı ''102'' zəng xidmətinə məlumat verib ki, evinə daxil olan iki maskalı onun 76 yaşlı həyat yoldaşını taxta parçası ilə vuraraq 2 min manat dəyəri olan qızıl boyunbağısını götürüblər.

Binəqədi polisi əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyevi saxlayıb. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İlkin Məlikovun qohumudur. O, Kamran Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Faktla bağlı rayon polis idarəsində hər iki şəxslə bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir. /xezerxeber.az