Neftin qiyməti 100 dollara qədər qalxacaq VİDEO


Digərləri 24 Sen 2018 23:09:00 297 0

Neftin qiyməti 100 dollara qədər qalxacaq  VİDEO

Neftin qiyməti ilə bağlı nikbin proqnozlar var. Son.az bildirir ki, neft istehsal edən ölkələr cari ilin sonuna doğru neftin qiymətinin 2014-cü ildən sonra ən yüksək həddə çatacağını gözləyirlər.

Blumberq agentliyinin yaydığı məlumatda deyilir ki, neftin qiymətinin qalxması ABŞ-ın sanksiyalari səbəbindən İrandan neft tədarükünün dayandırılması ilə əlaqəli olacaq. Ekspertlərin fikrincə, Amerika tərəfinin tətbiq etdiyi məhdudiyyətlərə görə, bazara bu ilin 4-cü rübündə gündəlik 2 milyon barrel daha az neft daxil olacaq.Bununla yanaşı bazarda İran neftinin alıcıları da hər keçən gün azalır.Bir neçə gün əvvəl Yaponiya İran neftinin alışını tam dayandırıb.

Qiymətin qalxması sanksiyalarla yanaşı əksər neft istehsal edən ölkələrin müxtəli səbəbdən nef hasilatını azaltması ilə bağlıdır.

Ekspert İlham Şaban deyir ki, bu məlumatın yayılması psixoloji cəhətdən də qiymətin yüksəlməsinə səbəb olacaq. Neftin qiymətinin yüksəlməsi neft ixrac edən ölkələr üçün yüksək gəlir vəd edir. Azərbaycan da həmin ölkələr sırasındadır.