Comcast mediamaqnatı Sky televiziyası üçün 30 milyard avro təklif edib


Dünya 24 Sen 2018 22:55:00 290 0

Comcast mediamaqnatı Sky televiziyası üçün 30 milyard avro təklif edib

Comcast media korporasiyası Sky peyk televiziya şirkətini almaq üçün 30 milyard avro (təxminən 39,5 milyard dollar) təklif edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məbləğ 21st Century Fox holdinqinin alternativ təklifindən 10 faiz çoxdur. Sky şirkətinin səhmdarları iki həftə ərzində bu təkliflərin hansına üstünlük verdikləri barədə formal qərar qəbul etməlidirlər. Ekspertlər hesab edirlər ki, şirkətin kimə məxsus olacağı ətrafında faktiki olaraq iki il sürən mübahisə artıq yekunlaşıb.