Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır


Digərləri 24 Sen 2018 22:44:00 412 0

Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır

Çinar ağacının yarpaqları bir çox tibbi problemlərin müalicəsində xeyirli vasitə sayılır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Avropa Tibb Akademiyasının üzvü, fitoterapevt Elnur Rəhimov məlumat verib.

E.Rəhimov çinar ağacının yarpaqlarının hüceyrəyeniləyici xüsusiyyətə malik olduğunu və bu keyfiyyətinə görə ondan yanıq yaralarının müalicəsində istifadə edildiyini bildirib: "Çinar yarpaqları bel ağrılarına kömək edir. O, saç dərisini yaxşılaşdırır, diş ağrılarının azalmasına müsbət təsir göstərir. Bu bitki diş əti müalicəsində də faydalı vasitədir".


Xəbərə aid fotolar