84 yaşlı Sofi Loren sirrini açıqladı FOTO


Digərləri 24 Sen 2018 22:32:00 434 0

84 yaşlı Sofi Loren sirrini açıqladı  FOTO

Dünya kinosunun əfsanəsi Sofi Loren gəncliyinin və gözəlliyinin sirlərini bölüşüb. Son.az xəbər verir ki, 84 yaşlı Sofi öz təravətini əsasən pozitivliyinə borclu olduğunu bildirib.

Canlı əfsaə hesab edir ki, cazibədarlığın ən başlıca sirri xoş əhval-ruhiyyədir. "Mən hər zaman pozitiv düşünməyə çalışıram. Məni çox nadir hallarda kədərli və bədbin görə bilərsiniz. Başqalarında xoş təəssürat oyatmaq istəyirsinizsə, həyatın hər anından zövq alaraq yaşayın. Çalışın ətrafınızda hər zaman sizi sevən, birgə vaxt keçirməkdən zövq aldığınız insanlar olsun. Hər birimizin həyatında problemlər var. Stress və həyəcandan kənar qaçmağa çalışın. Nə olursa olsun, öz qayğınıza qalın. Dincəlin, kitab oxuyun, günün batmasını seyr edin. Bir sözlə sizi xoşbəxt edəcək ən xırda məqamdan belə, özünüzü məhrum etməyin"


Xəbərə aid fotolar