"Söndür onu, qoy işimizi görək" Paytaxtda qanunsuz siqaret satan işbazlar DANIŞDILAR VİDEO FOTO


Digərləri 24 Sen 2018 22:11:00 278 0

"Söndür onu, qoy işimizi görək"  Paytaxtda qanunsuz siqaret satan işbazlar DANIŞDILAR  VİDEO  FOTO

Kimi piştaxta altında, kimi yararız, kimi də hətta lüks avtomobildə siqaret satışı ilə məşğuldur.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, paytaxtda yol kənarında satılan və aksiz markası olmayan xarici ölkə istehsalı siqaretləri alanlar, həmçinin gözlərini bu qanunsuz işə yumanlar da az deyil.

Qanunvericiliyə görə siqaret satışı lisenziya əsasında həyata keçirilməlidir. Hətta aksiz markasız siqaret satan bu işbazların lisenziyadan xəbərləri yəqin ki, yoxdur. Belə olmasaydı piştaxta altından yarı açıq, yarı xəlvət satış etməzdilər.

Satıcı: "Satdığım siqaretlərin hamısı Bakıda istehsal olunur".

Satıcılar deyirlər ki, aksiz markasız tütün məmulatlarının xüsusi topdan satış mərkəzləri var. Üstəlik belə siqaretlərin qazancı da icazəli siqaretlərdən daha çoxdur. Mənşəyi bilinməsə də...

Satıcı: "Qardaşım, mənim işim satmaqdır. İkincisi də ki, fərqini bilmirəm hansı bahadır, hansı ucuz. Mənşəyi bilinmir".


Xəbərə aid fotolar