Keçilər vasitəsilə toplanan meyvədən hazırlanan qiymətli yağ


Digərləri 24 Sen 2018 22:08:00 284 0

Keçilər vasitəsilə toplanan meyvədən hazırlanan qiymətli yağ

"Arqan" sözünə kosmetik vasitələrin üzərindəki yazılarda tez-tez rast gəlmək olar, lakin onun mənasını heç də hamı bilmir. Mərakeşdə yaşayanlara isə bu məna tam aydındır. Belə ki, arqan yalnız Mərakeş ərazisində bitən ağacdır və əsasən şimal-qərbi Afrika və Atlas dağları ərazisində yayılıb. Yerli əhali böyük fəxr və sevgi hissi ilə onu əbədi həyat və cavanlıq ağacı adlandırır. Onlar arqandan tikinti materialı, yanacaq, qida, yağ və dərman kimi istifadə edirlər. Ölkə sakinləri müalicəvi arqan yağı hazırlanması texnologiyasını gizli saxlayaraq nəsildən-nəslə ötürürlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1999-cu ildə UNESCO Mərakeşdə həmin ağaclar bitən ərazini dünya biosfer qoruğu elan edib.

Arqanın ətli meyvələri zeytundan bir qədər iridir, xarici görünüşü sərt gavalını xatırladır. Meyvələrin çox sərt, hətta fındıq qabığından iki-üç dəfə möhkəm çəyirdəyi var. Çəyirdəyin içərisindəki toxumlar formasına görə badamı xatırladır və hər çəyirdəkdə 2-3 toxum olur.

Dünyada ən bahalı, nadir və qiymətli yağlardan hesab edilən arqan yağı dəyərinə görə qara kürüyə bərabərdir.

Çox illər əvvəl mərakeşli xammallar cavanlaşdırıcı, nəmləşdirici və bərpaedici vasitə kimi arqan yağından istifadə etməyə başlayıblar. Həmçinin günəş yanıqları, neyrodermitlər, dəmrov və digər dəri xəstəliklərinin müalicəsində arqan yağından istifadə edilib.