Abe Tramp ilə konstruktiv danışıqlar aparacağına ümid edir


Dünya 24 Sen 2018 21:45:00 256 0

Abe Tramp ilə konstruktiv danışıqlar aparacağına ümid edir

Yaponiyanın Baş naziri Şinzo Abe BMT Baş Assambleyasında çıxış etmək və digər ölkələrin liderləri ilə görüşmək üçün Nyu-Yorka yola düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trampla görüşəcək Ş.Abe onunla konstruktiv danışıqlar aparacağına ümid edir.

Nyu-Yorka yola düşməzdən əvvəl Ş.Abe KİV nümayəndələrinə bildirib ki, o, həmkarları ilə görüşlərdə Şimali Koreya məsələsinin həllinin vacibliyini vurğulamaq niyyətindədir. Qeyd edib ki, həmin məsələlər siyahısına Pxenyanın nüvə və raket proqramları, həmçinin Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları məsələsi daxildir.