DƏHŞƏT! Bakının bu ərazisində yaşayanların başına DAŞ YAĞA BİLƏR VİDEO FOTO


Digərləri 24 Sen 2018 21:50:00 293 0

DƏHŞƏT! Bakının bu ərazisində yaşayanların başına DAŞ YAĞA BİLƏR  VİDEO  FOTO

Nazirlik qadağa qoysa da, ərazidə tikinti davam edir, uçqun və sürüşməyə isə istinad divarları belə tab gətirmir. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, söhbət Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yoldan gedir.

Sıldırım qayalar, sürüşən ərazi, yandırılan torpaq qatı. Ən təhlükəlisi isə odur ki, burada məskunlaş sakinlərin üzərinə böyük daş parçaları düşə bilər. Yolda hərəkətin təhlükəsizliyi üçün tikilən istinad divarı da ömrünü başa vurub desək yanılmarıq. Əks halda belə görüntü ilə qarşılamazdıq.

Sadiq Əmiraslanov - ETSN-in əməkdaşı: "Əhəng daşlarının yer səthinə çıxışı, bu daşların altında qum və gil qatlarının qeyri-bərabər növbələşməsi, eyni zamanda küləyin karroziya və defilyasiyası daşların aşınmasına səbəb olur. Nəticədə uçqun ya da sürüşmə hadisəsi baş verir. Uçqun hadisəsi bu yerlərə uzun müddətdir ki, müşahidə olunur. Bu ərazidə daha geniş uçqunların baş verdiyini müşahidə etmişik".

Bu cür uçqunlarsa tonlarla ağırlığı olan daşların yola və ya evlərin üzərinə düşməsi təhlükəsini ortaya çıxarır. Sonuncu belə daş sürüşməsi 2 ay əvvəl baş verib.

Sakin: "Neyləyək, məcburuq, yaşamalıyıq da. 6-7 ildir burada yaşayırıq".

Sakin: "1961-ci ildən burada yaşayıram. İndiyədək uçqun olmayıb".


Xəbərə aid fotolar