2040cı ilədək qlobal enerji tələbatı sutkada 364,7 milyon barrel olacaq


Dünya 24 Sen 2018 21:53:00 227 0

2040cı ilədək qlobal enerji tələbatı sutkada 364,7 milyon barrel olacaq

Qlobal enerji tələbatının 2040-cı ilədək illik orta hesabla 1,2 faiz artımla gündəlik 364 milyon 700 min barrel neft ekvivalentinə çatacağı gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə "World Oil Outlook" hesabatında deyilir. Bildirilir ki, 2040-cı ildə qlobal enerjidə neft, təbii qaz və kömürün payı 75 faizə çatacaq. Neft 28 faizlə tələbatda ən böyük paya sahib olacaq. Neftdən sonra 25 faizlə təbii qaz və 22 faizlə kömür yer alacaq. Enerji tələbatında bərpaolunan enerji mənbələrinin payı 19 faiz, nüvə enerjisinin payı isə 6 faiz olacaq.