Energetika Nazirliyi Azərbaycan, İran və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi barədə


Digərləri 24 Sen 2018 21:56:00 245 0

Energetika Nazirliyi Azərbaycan, İran və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi barədə

Azərbaycan-İran-Gürcüstan elektrik dəhlizinin yaradılması prioritet məsələlərdən biridir.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Energetika Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər: "Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisi idxal-ixracının mövcud texniki gücü 650 meqavatt, Azərbaycan və İran arasında 400 meqavatt təşkil edir. Bu güclərin artırılması ilə bağlı tədbirlər aparılır, həmçinin Azərbaycan-İran-Gürcüstan enerji dəhlizinin inkişafı üzrə danışıqlar gedir".