Çin orqan transplantasiyası üzrə dünyanın ən böyük ölkəsi olacaq


Dünya 24 Sen 2018 21:59:00 238 0

Çin orqan transplantasiyası üzrə dünyanın ən böyük ölkəsi olacaq

Çin 2020-ci ildə orqan transplantasiya üzrə dünyanın ən böyük ölkəsi olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Çin Orqan Bağışlama və Transplantasiya Milli Komitəsinin direktoru Xuan Ciefu deyib.

Sian şəhərində işə başlayan 3-cü Çin beynəlxalq orqan bağışlama konfransında çıxış edən komitə direktoru bildirib ki, bu il ölkədə könüllü olaraq orqan bağışlamaq üçün müraciət edənlərin sayı 615 minə yaxınlaşıb.