Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olub (FOTO)


Digərləri 24 Sen 2018 21:36:17 255 0

Akademik Milli Dram Teatrında  “Sinif yoldaşları” tamaşasının premyerası olub (FOTO)

Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası olub.

Bakı. Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası olub. Trend-ə teatrın mətbuat xidmətindən verilən məlumata görə, premyerada əsərin müəllifi Yuri Polyakov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və başqaları iştirak edib. Məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir. Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları - əməkdar artistlər Sənubər İsgəndərli (Svetlana Poqojeva), Şəlalə Şahvələdqızı (Anna Falikova), Rövşən Kərimduxt (Mixail Tyablov), xalq artistləri Ramiz Novruz (Fyodor Stroçkov), Cəfər Namiq Kamal (Boris Lipovetski), Səidə Quliyeva (Yevgeniya Petrovna), əməkdar artist Füzuli Hüseynov (Viktor Çermetov), aktyorlar Mətləb Abdullayev (İvan Kostromitin), İlahə Həsənova (Olqa), Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytеnant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayev (İkinci cangüdən) çıxış edirlər. Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.