Yerdən göyə qədər haqlıdırlar:


Digərləri 24 Sen 2018 21:26:00 235 0

Yerdən göyə qədər haqlıdırlar:

Qatarlar indi də göydə gedəcək.

İsrailin Netaniya şəhərində ölkədə ilk maqnitoplan - "hava qatarı" (Skytrain) qurulacaq. O, hava nəqliyyatı ilə rəqabət aparmaq iqtidarında olacaq.

Son.az ICTnews-a istinadən xəbər verir ki, bunlar 2-3 nəfərlik sərnişin tutumuna malik kapsul formasında "marşrut taksiləri"dir və 25 metr hündürlükdə hərəkət edəcəklər. Sərnişinlər isə liftlər vasitəsilə giriş məntəqəsinə qaldırılacaq.

Bildirilir ki, yolun 650 metr uzunluğunda ilk eksperimental hissəsi yaşayış mikrorayonlarından birini dəmir yolu vağzalı ilə birləşdirəcək. Monorelsli yol xüsusi gərginlikli şəhər şosesini iki hissəyə böləcək və sənaye zonası üzərindən keçəcək.