“Apple” rəhbəri yeni “iPhone”ların baha olmasını belə əsaslandırdı


Digərləri 24 Sen 2018 20:44:00 268 0

“Apple” rəhbəri yeni “iPhone”ların baha olmasını belə əsaslandırdı

"Apple" şirkətinin rəhbəri Tim Kuk yeni "iPhone" modellərinin qiymətinin bahalığını onların indiyədək buraxılan ən mükəmməl smartfonlar olması ilə izah edib.

Son.az ICTnews-a istinadən xəbər verir ki, o, "iPhone XS" və "XS Max" modellərinin istifadəçi üçün bütün digər qurğuları əvəz edə bildiyini söyləyib:

"Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb".


Xəbərə aid foto