AMEA müdir vəzifəsinə müsabiqə elan edir


Digərləri 24 Sen 2018 20:48:00 283 0

AMEA müdir vəzifəsinə müsabiqə elan edir

AMEA Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir.

Son.az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, vakant yer institutun Türk dilləri şöbəsinə müdir vəzifəsinə 1 yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.