Türkiyə, Ukrayna, Belarus və Azərbaycanın opera ulduzları Bakıda birgə çıxış edəcəklər


Digərləri 24 Sen 2018 20:39:00 306 0

Türkiyə, Ukrayna, Belarus və Azərbaycanın opera ulduzları Bakıda birgə çıxış edəcəklər

Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək.

Bakı. Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Teatrdan Trend-ə verilən məlumata görə, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunub. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O həmçinin 2018-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına VII beynəlxalq müsabiqəsində parlaq çıxışı ilə yadda qalıb. İstedadlı vokalçı həmin müsabiqənin "Qran-Pri" mükafatına layiq görülüb. Tamaşada Ukrayna Milli operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini - Kavaradossi partiyasını ifa etmək üçün dəvət olunub. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı - Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə tamaşada Skarpia rolunda çıxış edəcək.