Şəmkirlilər SanktPeterburqun meyvə bazarını necə ələ keçirdi?


Dünya 24 Sen 2018 20:32:00 255 0

Şəmkirlilər SanktPeterburqun meyvə bazarını necə ələ keçirdi?

Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz təchizatı ilə məşğul olan şirkətlərin yarıdan çoxu bir vaxtlar Azərbaycandan "şimal paytaxtı"na üz tutanlara məxsusdur.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, azərbaycanlılar meyvə idxal edən kiçik şirklətlərin 90%-dən çoxuna nəzarət edirlər.

Mənbə əlavə edir ki, bu işin ən maraqlı tərəfi həmin azərbaycanlıların hamısının Şəmkir rayonundan olmasıdır. Məsələn, "Ruzifrut" və "Aybarus" şirkətlərinin sahibləri Elbrus Məmmədov və Elçin Əhmədov Azərbaycanın şimal-qərbində yerləşən bu rayondandırlar.

"Əhməd Frut" şirkətinin sahibləri Aydın Musayev və İlham Hacıyev isə Şəmkir rayonunun Şiştəpə kəndindəndirlər. Yeri gəlmişkən, həmin ikili iqtidadiyyatın digər sahələrində də fəaldır: bu yaxınlara qədər "Dunay" və "Parnas-Siti" ticarət mərkəzləri onlara məxsus idi.