Rusiya bu ölkələrdə də nüvə reaktoru qurur


Dünya 24 Sen 2018 20:24:00 272 0

Rusiya bu ölkələrdə də nüvə reaktoru qurur

Rusiyanın "Rosatom" Dövlət Korporasiyası Çin və Misirdəki atom elektrik stansiyaları (AES) üçün nüvə reaktoru quracaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Rosatom"un baş icraçı direktoru Aleksey Lixaçov deyib.

O bildirib ki, "Rosatom" 2027-2028-ci illərdə Çindəki Xudabao AES-də üçüncü və dördüncü modulları istifadəyə verəcək. "Rosatom" AES-də iki "VVER-1200" tipli reaktor quracaq.