Xamenei ad çəkdi:


Dünya 24 Sen 2018 20:16:00 291 0

Xamenei ad çəkdi:

İranın Ali dini lideri Əli Xamenei Əhvaz şəhərində baş verən terror aktının arxasında dayanan ölkələri birbaşa olaraq açıqlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

"Hücumu təşkil edənləri Səudiyyə Ərəbistanı ilə BƏƏ maliyyələşdirib, ABŞ isə dəstək olub", - Xamenei bildirib.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində baş verən terror hücumunda 29 nəfər həyatını itirib, 60 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.