Sergey Şoyqu: "Rusiya iki həftə ərzində "S300"ləri Suriyaya verəcək"


Dünya 24 Sen 2018 19:12:00 279 0

Sergey Şoyqu: "Rusiya iki həftə ərzində "S300"ləri Suriyaya verəcək"

"Rusiya Suriyadakı rusiyalı hərbçilərin təhlükəsizliyini yaxşılaşdırmaq üçün İsrailin hərəkətlərinə qarşı adekvat cavab tədbirləri görməlidir".

Son.az report-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin komanda məntəqələri hələlik yalnız Rusiyanın arsenalında olan avadanlıqla təchiz olunacaq.

"Rusiyanın qərarları İl-20" təyyarəsi ilə bağlı məlum hadisədən sonra "isti başlar"ı soyudacaq və onları Rusiya hərbçilərini təhdid edən düşünülməmiş addımlardan qoruyacaq", - rusiyalı nazir deyib.