Kəpəz yoxlama oyununda qalib gəlib


İdman 24 Sen 2018 18:50:00 300 0

Kəpəz yoxlama oyununda qalib gəlib

“Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb. Goal.az  xəbər verir ki, “sarı-göylər” Region Liqasında Gəncəni təmsil edəcək “Qoşqar” komandası ilə qarşılaşıb.

Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun Birinci Divizion klubunun qələbəsi ilə başa çatıb - 4:1. “Kəpəz”in məşqçilər korpusu Gəncə derbisində əsasən çempionat oyunlarında ehtiyatda qalan futbolçulara heyətdə yer verib.