Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu


Digərləri 24 Sen 2018 18:56:00 275 0

Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu

Azərbaycan kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyənin Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.