İsveç paytaxtında Azərbaycan tədris kursları açılıb


Dünya 24 Sen 2018 18:32:00 309 0

İsveç paytaxtında Azərbaycan tədris kursları açılıb

Stokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədris kurslarının təqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, tədbirdə SAF-ın sədri Sevda Dadaşova kurslarla bağlı məlumat verərək bildirib ki, layihənin məqsədi İsveçə miqrasiya etmiş orta yaşlı və daha çox yaşı olan soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir.

SAF kurslarında Azərbaycan dili ilə yanaşı, isveç, ingilis və rus dillərinin tədrisi də nəzərdə tutulub. Həmçinin, burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa, şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır.


Xəbərə aid fotolar