Ərdoğan: "Türkiyə terrorla mübarizədə Rusiyanın köməyinə bel bağlayır"


Dünya 24 Sen 2018 18:00:00 196 0

Ərdoğan: "Türkiyə terrorla mübarizədə Rusiyanın köməyinə bel bağlayır"

İdlib əyalətində müxalifət nəzarət etdiyi ərazilərdə bundan sonra da qalacaq.

Son.az report-a istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Rusiyanın "Kommersant" nəşrində dərc olunan məqaləsində bildirilir. 

Məqalədə Türkiyə dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə bu yaxınlardakı Soçi danışıqları zamanı Suriyada mümkün humanitar böhranın qarşısını almağa yönələn mühum razılıq əldə etdikləri qeyd olunur.

"Suriya böhranının ilk günlərindən etibarən qonşu ölkədəki humanitar böhranın daha da dərinləşməsinə yol verməmək üçün səy göstərən, bunun üçün hər imkandan yararlanan dövlət kimi Türkiyə münaqişə tərəfləri ilə danışıqlar aparılmasına nə qədər böyük əhəmiyyət verdiyini bütün dünyaya göstərib. Rusiya bu istiqamətdə birgə çalışdığımız başlıca ölkələrdən biridir".