Norveçdə Rusiya casusu TUTULDU –


Dünya 24 Sen 2018 18:08:00 260 0

Norveçdə Rusiya casusu TUTULDU –

Norveçdə 51 yaşlı Rusiya vətəndaşı olan şəxs casusluqsa ittiham olunaraq saxlanılıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu haqda "Verdens Gang" nəşri məlumat yayıb. Onun Norveçdə ittiham olunduğu eyni səbəblərlə bundan əvvəl Azərbaycanda da olduğu müəyyənləşib.

Həmin şəxs ölkəyə səyahət səbəbi kimi İnformasiya texnologiyaları seminarında iştirak etmək olduğunu bildirib. Saxlanılan şəxsin vəkilləri onun bundan əvvəl eyni səbəblə Azərbaycanda da olduğunu ifadə ediblər.

"Rusiya vətəndaşı iştirakçılara qadağan olunan heç bir məkanda olmayıb. Və ona heç kim hər hansı qadağa olunmuş yerə girdiyini bildirməyib" - saxlanılan şəxsin vəkili Xeqe Aakxe bildirib.