BakıYessentukiKislovodsk avtobus reysi həyata keçirilir


Digərləri 24 Sen 2018 17:52:00 255 0

BakıYessentukiKislovodsk avtobus reysi həyata keçirilir

Hər həftənin 4-cü günü Bakı vaxtı ilə saat 10:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçirilir.

Son.az bildirir ki, BBAK-dan Trend-ə verilən məlumata görə, avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dır.

Biletin bir istiqamətə qiyməti 70 AZN təşkil edir.

Bakı-Yessentuki-Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur ki, biletləri mütləq şəkildə onlayn qaydada və ya BBAK-ın kassalarından əldə etsinlər.

BBAK-dan hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə kompleks məsuliyyət daşımır.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.