Alleqri əsas rəqib kimi Napoli-ni görür


İdman 24 Sen 2018 17:51:00 305 0

Alleqri əsas rəqib kimi Napoli-ni görür

Juventus-un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 5-ci turunda Frosinone-ni 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. Goal.az xəbər verir ki, Alleqri İtaliya mətbuatına açıqlamasında bu mövsüm əsas rəqiblərinin Napoli olduğunu deyib:

“Napoli ötən mövsüm 91 xal topladı. Bu, kifayət qədər gözəl nəticədir. Karlo Ançelotti kimi bacarıqlı baş məşqçi ilə yeni mövsümə də uğurlu başlayıblar. Çempionatda özümüzə əsas rəqib onları görürük. Digər rəqiblər “Napoli”dən bir addım geridədir. Bütün turnirləri qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Juventus cari çempionatda 5 turdan sonra 15 xal toplayaraq, turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.