Gəncədə həyətyanı sahədən 135 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)


Digərləri 24 Sen 2018 17:51:00 235 0

Gəncədə həyətyanı sahədən 135 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 19 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Gəncədə həyətyanı sahədə 135 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, dünən saat 19:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.