Poqba: "Belə oynayanda hər şey daha rahat olur"


İdman 24 Sen 2018 17:13:00 246 0

Poqba: "Belə oynayanda hər şey daha rahat olur"

Manchester United-in futbolçusu Pol Poqba komandanın baş məşqçisi Joze Mourinyonun futbol fəlsəfəsini tənqid edib. Goal.az xəbər verir ki, fransız futbolçu İngiltərə mətbuatına açıqlamasında bunları deyib: 

“Öz meydanımızda daha çox hücum etməliyik. Bura bizimdir və burda ancaq hücum etməliyik. Bu zaman rəqiblərimiz bizdən qorxacaq. Belə oynayanda hər şey daha rahat olur. Nə üçün belə oynamadığımızı deyə bilmərəm. Çünki mən məşqçi deyiləm, sadəcə, bir futbolçuyam. Daha çox hərəkət etməliyik”.

"Qırmızı şeytanlar” cari çempionatda 6 turdan sonra 10 xalla 7-ci pillədə qərarlaşıb.