Mətanət İsgəndərlinin ayağı altında "qan tökən" şəxs kimdir?


Şou-biznes 24 Sen 2018 17:04:00 467 0

Mətanət İsgəndərlinin ayağı altında "qan tökən" şəxs kimdir?

Müğənni Mətanət Əsədova verilişlərin birində adaşı və xanım həmkarı İsgəndərlinin ayağı altında quzu kəsdirəcəyi ilə bağlı sözünü tutub.

Son.az xəbər verir ki, M.Əsədova əməkdar artistə verdiyi "quzu" sözünü "5/5"in kamerası önündə həyata keçirib. M.İsgəndərli xanım həmkarını quzunu kəsdirmək fikrindən daşındırmaq üçün çox xahiş etsə də, M.Əsədova sözünə əməl edib.

Əsədova Mətanət İsgəndərli üçün aldığı quzunu əməkdar artistin yaşadığı binanın önündə ayağı altında kəsdirib.


Xəbərə aid fotolar