Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib


Dünya 24 Sen 2018 16:55:48 245 0

Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub

Tbilisinin Samqori rayonunda yaşayış binasında güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, yanğın binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzildə qeydə alınıb.

Fövqəladə halların idarə olunması xidmətindən bildirilib ki, yanğın zamanı 20 kv. metr sahə yanıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.

Təhlükəsizlik baxımından binanın sakinləri təxliyyə olunub.

Yanğın artıq lokallaşdırılıb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.