Real-ın prezidenti ABŞ-da oynamağa qarşı çıxdı


İdman 24 Sen 2018 16:53:00 313 0

Real-ın prezidenti ABŞ-da oynamağa qarşı çıxdı

İspaniya La Liqasının bir neçə qarşılaşmasının ABŞ-da keçirilməsi mümkündür.  Goal.az xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres bu məsələ ilə bağlı fikirlərini bildirib. Peres İspaniya mətbuatına açıqlamasında “Real”ın ABŞ-da oynamayacağını deyib:

“Biz heç vaxt ABŞ-da futbol oynamayacağıq. Bu nə klub, nə də azarkeşlər üçün maraqlıdır. Biz oyunlarımızı burda, öz stadionumuzda keçirəcəyik”.

La Liqanın 21-ci turunun “Barselona” - “Jirona” qarşılaşması Mayamidə baş tutacaq.

La Liqa rəhbərliyi mövsüm ərzində 20-yə yaxın oyunun ABŞ və Kanadada keçirilməsini planlaşdırır.