Arsen Venqer futbol oynadı


İdman 24 Sen 2018 16:35:00 323 0

Arsen Venqer futbol oynadı

Arsenal-ın sabiq baş məşqçisi Arsen Venger hələ fiziki cəhətdən yaxşı formada olduğunu sübut edib. Goal.az xəbər verir ki, Venger futbol qarşılaşmasının iştirakçısı olub. Fransalı mütəxəssis UEFA-nın sabiq prezidenti Mişel Platininin atası Aldo Platininin xatirəsinə həsr olunmuş oyunda meydana çıxıb. Qarşılaşma Nansi şəhərində keçirilib.

Aldo Platini ötən ilin dekabr ayında vəfat edib. Oyundan əldə edilən bütün vəsait xəstə uşaqların müalicəsinə sərf olunacaq.