Nazirlər Kabineti Bakı İslam Universietinin tələbələrinin yerləşdirilməsi üçün DİM-ə müraciət etdi


Digərləri 24 Sen 2018 16:43:00 222 0

Nazirlər Kabineti Bakı İslam Universietinin tələbələrinin yerləşdirilməsi üçün DİM-ə müraciət etdi

Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursuna qəbul olan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib. Bunu Trend-ə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.