Avtomobil qaçıran şəxslər saxlanılıb


Digərləri 24 Sen 2018 16:19:53 236 0

Avtomobil qaçıran şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsindən Bakı şəhər sakini X.Abdullayevanın “Opel” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsi ilə birgə saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Əhməd Zeynallı olduğu müəyyən edilib. Həmin şəxsin paytaxtın Nəsimi rayonu ərazisində 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.