Yevlaxda "Hyundai" piyadanı vurub öldürdü


Digərləri 24 Sen 2018 15:43:00 193 0

Yevlaxda "Hyundai" piyadanı vurub öldürdü

Yevlax şəhəri ərazisində "Hyundai" markalı avtomobillə piyada vurulub

Bakı. Yevlax şəhəri ərazisində "Hyundai" markalı avtomobillə piyada vurulub. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 23-də saat 19 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Vasif Məmmədəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.