Sədr müavini: İki il ərzində e-ticarət gömrük rüsumlarından büdcəyə daxilolmalar 20 dəfə artıb


Digərləri 24 Sen 2018 15:36:00 220 0

Sədr müavini: İki il ərzində e-ticarət gömrük rüsumlarından büdcəyə daxilolmalar 20 dəfə artıb

2018-ci ildə elektron ticarət dövriyyəsindən gömrük bəyannamələri əsasında rüsumlardan Azərbaycan dövlət büdcəsinə 400 min manata yaxın məbləğ daxil olub

Bakı. Hüseyn Vəliyev - 2018-ci ildə elektron ticarət dövriyyəsindən gömrük bəyannamələri əsasında rüsumlardan Azərbaycan dövlət büdcəsinə 400 min manata yaxın məbləğ daxil olub. Trend-in məlumatına görə, bunu Bakıda elektron ticarət forumu zamanı Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib.