Bu şirniyyatların satışına qadağa qoyulub?


Digərləri 24 Sen 2018 15:24:00 248 0

Bu şirniyyatların satışına qadağa qoyulub?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi şirniyyat məhsullarının satışına qadağa qoyulması ilə bağlı məlumatlara aydınlıq gətirib.

AQTA-dan Son.az-a bildirilib ki, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo" əmtəə nişanlı "Ogopogo" keks, "ETİ" əmtəə nişanlı "Pop kek" (limon) və "Tutku" məhsulları, həmçinin "Nutti" və "Monte Lemo" əmtəə nişanlı şokolad yağları və "Bonduelle" əmtəə nişanlı yaşıl noxud konservinin satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.


Xəbərə aid foto