Lənkəranda 25 hektar sahədə ziyanvericilər aşkarlanıb FOTO


Digərləri 24 Sen 2018 15:19:00 283 0

Lənkəranda 25 hektar sahədə ziyanvericilər aşkarlanıb  FOTO

Lənkəran rayon ərazisində kiçik tut odlucasının (Glyphodes pyloalis Walker) IV nəslinə qarşı mübarizə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Son.az-a verilən məlumata görə, yerli mütəxəssislər tərəfindən 220 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 25 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən edilib.

Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında 4 ha sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə zamanı ciləmə üsulu ilə alfa-sipermetrin tərkibli Siperkor 25 EC preparatından (0.3 l/ha - 250 qr/l tərkibdə) istifadə edilib. Hazırda davam etdirilən müşahidə və mübarizə tədbirləri İstisu və Liman qəsəbələrini və Aşağı Nüvədi kəndini əhatə edib. Eyni zamanda mütəxəssilər tərəfindən fermer təsərrüfatı sahiblərinə müvafiq tövsiyələr verilir və zərərvericilərə qarşı mübarizənin aparılması qaydası izah olunur.


Xəbərə aid fotolar