UEFA Qarabağ-a nə qədər pul ayırdı?
İdman 24 Sen 2018 14:32:00 236 0
Avropa Liqasında iştirakı və son 10 ildə uğurlu çıxışına görə “Qarabağ”a UEFA tərəfindən 4 milyon 35 min 740 avro maliyyə vəsaiti ayrılıb.
Goal.az xəbər verir ki, həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Ümumi məbləğin 2 milyon 750 min avrosu Azərbaycan təmsilçisinin Avropa Liqasindakı iştirakı (48 kluba bu məbləğ ayrılıb) qarşılığında ayrılıb.
Əmsalların sıralamasına əsasən, son 10 ildəki çıxışına görə isə Ağdam klubu 1 milyon 285 min 740 avro əldə edib.
Mənbə: goal.az