Stokholmda Azərbaycan tədris kursları açılıb (FOTO)


Digərləri 24 Sen 2018 14:46:45 236 0

Stokholmda Azərbaycan tədris kursları açılıb (FOTO)

Stokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədris kurslarının təqdimatı keçirilib.

Bakı. Stokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədris kurslarının təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə SAF-ın sədri Sevda Dadaşova kurslarla bağlı məlumat verərək bildirib ki, layihənin məqsədi İsveçə miqrasiya etmiş orta yaşlı və daha çox yaşı olan soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir. SAF kurslarında Azərbaycan dili ilə yanaşı, İsveç, ingilis və rus dillərinin tədrisi də nəzərdə tutulub. Həmçinin burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa, şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır.