Ukraynada “bomj”a çevrilən keçmiş sovxoz direktoru Yusif Nağıyev Göyçaya qaytarılır


Digərləri 24 Sen 2018 14:38:00 298 0

Ukraynada “bomj”a çevrilən keçmiş sovxoz direktoru Yusif Nağıyev Göyçaya qaytarılır

Ötən əsrin 90-cı illərinin əvvəllərində qazanc dalınca Ukraynaya gedən və hazırda Mariupol şəhərinin parklarından birində "bomj" həyatı yaşayan Azərbaycan vətəndaşı, özünün dediyi kimi sovet dövründə sovxoz direktoru işləmiş Yusif Nağıyev doğulduğu Göyçay rayonuna qaytarılır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, onun barəsində yerli saytlardan birində xəbərin dərc olunmasından sonra Azərbaycan səfirliyi və azərbaycan diasporunun nümayəndələri onunla maraqlanıblar. Bu haqda könüllü və fəal İnna Komissarova deyib.

Xatırladaq ki, Yusif Nağıyev "bomja" çevrildikdən sonra təsadüfi işlərdə işləməklə başını dolandırmağa çalışıb, küçələrdə gecələyib. Ötən ilin dekabrında ona Yeni il yolkasına qarovulçuluq etməyi tapşırıblar. Amma Nağıyevin ayaqlarını don vurub və həkimlər onun ayaqlarını amputasiya ediblər.