"İsmayıllıda geniş sahəni əhatə edən yeni sürüşmə sahəsi yaranıb"


Digərləri 24 Sen 2018 14:22:06 273 0

"İsmayıllıda geniş sahəni əhatə edən yeni sürüşmə sahəsi yaranıb"

İsmayıllı rayonunda yeni sürüşmə sahəsi yaranıb.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, rayonun Lahıc inzibati ərazi dairəsinə daxil olan Bağəli kəndində ötən günlərdə yeni sürüşmə sahəsi müşahidə olunub: "Sürüşmə geniş sahəni əhatə edir. Sürüşən sahənin eni 150, uzunluğu 700 metrə çatır. Sahənin üzərində çoxsaylı və müxtəlif istiqamətli çatlar əmələ gəlib. Hazırda ərazidə sürüşmə aktiv fazadadır".