“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 24 Sen 2018 14:19:00 225 0

“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə əmək münasibətləri sistemində gender bərabərliyinin təmini, qadınların sosial vəziyyəti, təhsil səviyyəsi, cəmiyyətdə iştirakı, işləməsi və digər məsələlər müzakirə edilib. Qeyd edilib ki, qadınlara iş bacarıqlarının qazandırılması iqtisadi inkişafla yanaşı, eyni zamanda ailədəki mövqeyinin güclənməsinə təsir edir.