Keçmiş sədr dövlət büdcəsindən 161 min mənimsəyib


Digərləri 24 Sen 2018 14:11:00 252 0

Keçmiş sədr dövlət büdcəsindən 161 min mənimsəyib

"Rabitə işi" ilə bağlı daha bir yüksək vəzifəli şəxs məhkəmə qarşısına çıxarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələ Rayon Telefon Qovşağının keçmiş rəhbəri Şahin Tağıyevin təqsirləndirilən şəxs qismində cəlb olduğu cinayət işi üzrə məhkəmə bu gün başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda Ş.Tağıyevin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, o, istintaq zamanı həbs olunmadığı üçün hazırda azadlıqdadır.