Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlandı


Digərləri 24 Sen 2018 14:17:48 275 0

Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlandı

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Abşeronda yerləşən bütün sürüşmə sahələrində müşahidələr aparılıb.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, aparılan monitorinqlərin nəticələrinə görə, Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında hazırda ciddi bir gərginlik müşahidə olunmayıb: "Təbii ki güclü, leysan xarekterli yağışdan sonra xırda uçqunlar olur, amma bu uçqunlar sürüşmə deyil. Ola bilsin divarın bünövrəsi yaxşı olmayıb güclü yağışlara tab gətirə bilməyib və uçub".