Milyarder və xanımı itkin düşüb


Dünya 24 Sen 2018 13:53:00 238 0

Milyarder və xanımı itkin düşüb

Tanınmış milyarder və xanımı itkin düşüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, britaniyalı milyarder və taylandlı xanımı 5 gündür ki, axtarışdadır.

64 yaşlı biznesmen Alan Hoqq və 61 yaşlı taylandlı xanımı Nottdan 5 gündür ki xəbər yoxdur.

Əslən Şotlandiyadan olan biznesmenin Taylanddakı evlərinin divarından qan ləkəsi tapılıb. Lakin onlardan hər hansı bir iz yoxdur.

Qan ləkələri onların villasının həyətindəki hovuzda və geyinib-soyunma otağındadır. Polisin dediyinə görə, ləkələri kimsə silməyə çalışıb.


Xəbərə aid fotolar